Qüdsdə terror aktı | VİDEO

         Qüdsdə terror aktı    | VİDEO
  08 Sentyabr 2025    Oxunub:667
Qüdsdə atışma nəticəsində ən azı 15 nəfər ağır yaralanıb, iki terrorçu zərərsizləşdirilib.
AzVision.az İsrail mediasına istinadən xəbər verir ki, atışma Ramot və İqal Yadin küçələrinin kəsişməsində qeydə alınıb.

“Magen David Adom” xidmətinin məlumatına görə, nəticədə 15 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır. Hücum edənlərdən ikisi yerindəcə zərərsizləşdirilib.

Polis Ramot kəsişməsində odlu silahla törədilən terror aktının mümkün olduğunu bildirir. Avtobus dayanacağında və yol kənarlarında yaralananlar var. Ərazi mühasirəyə alınıb.



Sahil İsgəndərov
AzVision.az





Teqlər: Qüds   terror  



Xəbər lenti